Faciəvi şəkildə ölən 15 erməni hərbçi haqda ŞOK
    • 1-05-2024, 12:08
    • 182

Faciəvi şəkildə ölən 15 erməni hərbçi haqda ŞOK

Ermənistanın Geqarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissədə yanaraq ölən 15 erməni hərbçinin valideynləri İrəvanda hökumət binasının qarşısında aksiya keçirirlər.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, valideynlər istintaqın nəticəsindən narazı olduqlarını, hərbçilərin qəsdən öldürüldüyünü iddia edirlər.

Ölən hərbçilərdən birinin babası Artyom Qriqoryan kazarmada olan 15 əsgərin hamısının diri-diri yanaraq ölmədiyini deyib:

“Məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunub ki, ölənlərin bir qismi yanğın zaman hərəkət edə bilsələr də, otaqdan çıxa bilməyiblər. Bir qismi yanğından hələ zərər görmədən kazarmadan çıxmağa, qışqırıb kömək çağırmağa cəhd edəcək vəziyyətdə olub. Ekspertizanın rəyi belə mübahisəlidir, burada heç nə anlaşılmır.  Yəni nəticə budur ki, bizim uşaqlarımız əvvəlcə qapalı məkanda tüstüdən zəhərləniblər, bayıra çıxa bilməyiblər, daha sonra alov yayılıb və onlar yanıblar. Maraqlıdır, necə olur ki, 15 hərbçidən ən azı ikisi kazarmadan çıxmağı bacarmır?”

A.Qriqoryan hərbçilərin yanğından bir ay əvvəl Azat kəndində bir terrorçu saxladıqlarını bildirib:

“Məlumata görə, hadisədən bir ay əvvəl həmin kənddə hərbçilər bir terrorçunu saxlamışdılar. Lakin onunla bağlı başqa heç bir məlumat yoxdur. Hətta Nikol Paşinyanla görüşümüz zamanı o bizim cəmi 2-3 sualımızı cavablandırdı, başqa heç nə demədi. Bir nəfərin saxlanılması ilə bağlı soruşduq, lakin xəbərinin olmadığını dedi. Biz məsələyə tam aydınlıq gətirilməsi üçün sona qədər gedəcəyik”.