Cəbrayıl, Qubadlı və Zəngilanla bağlı tanıtım çarxı hazırlanıb - VİDEO
    • 12-07-2023, 16:09
    • 143

Cəbrayıl, Qubadlı və Zəngilanla bağlı tanıtım çarxı hazırlanıb - VİDEO

Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ilə bağlı tanıtım çarxı hazırlanıb.

News24.az-ın xəbərinə görə, çarxı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi hazırlayıb.

Videoçarxda işğaldan azad olunmuş bu rayonların füsunkar təbiəti, mənzərəli dağ-meşə landşaftı, habelə yenidənqurma işləri yer alıb.

Bu bölgəmiz həm də ölkəmiz üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin əsas halqasını təşkil edir.

“Report” tanıtım çarxını təqdim edir: