Xankəndiyə “dəstək” aksiyasına uşaqları cəlb etdilər - FOTOFAKT
    • 17-07-2023, 12:41
    • 284

Xankəndiyə “dəstək” aksiyasına uşaqları cəlb etdilər - FOTOFAKT

Xankəndidə guya “blokada” səbəbindən insanların aclıqla üz-üzə qalması cəfəngiyyatı ilə başladılan aksiyaya uşaqlar da cəlb olunub.

News24.az xəbər verir ki, Xankəndidə erməni separatçılarının iştirakı ilə bir neçə gün öncə başlayan aksiya bu gündən etibarən İrəvənda da baş tutacaq.

Qarabağda insanların təhlükə altında olduğunu, orada “humanitar fəlakətin” hökm sürdüyünü iddia edən Ermənistan hökuməti aksiyaya uşaqları da cəlb edib. Belə ki, əllərinə plakat verilmiş azyaşlı uşaqlar BMT-nin Ermənistandakı ofisinin qarşısına yürüş etməyə məcbur edilib. Onlar “Laçın” postunun açılmasını tələb ediblər və həmyaşıdlarının hüquqlarının “pozulma”sına qarşı çıxdıqlarını söyləyiblər.

Qeyd edək ki, guya 30 min uşaq da daxil olmaqla, 120 min erməni icması təhlükə altındadır, ermənilər aksiya keçirərək bu “humanitar fəlakətə” qarşı çıxırlar. Lakin Xankəndi və ətrafında 30 mini uşaq olmaqla 120 min erməninin yaşaması yalan statistikadır.

Akqabay