-
- 13-07-2023, 15:45
- 722
"Xilas" üçün aksiya keçirənlərin iflası - Ermənilər Xankəndidən qaçır
Ermənilər ötən gün Xankəndidə növbəti etiraz aksiyası keçirdilər. “Qoşulun” şüarı səsləndirənlər Laçın yoluna doğru yürüş etdilər. Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün bu “aksiyası” da əvvəlkilər kimi iflasa uğradı. Etirazlar həm də Xankəndidə xaosun hökm sürdüyünü bir daha nümayiş etdirdi.
Separatçılar guya “Laçın dəhlizinin açılmasına" görə keçirilən etirazlara dünya ictimaiyyətini də qoşulmağa çağırdı. Lakin onların bu istəyi boşa çıxdı. Aksiyanın təşəbbüskarı separatçı “ictimai xadim” Artur Osipyan iddia edirdi ki, guya Azərbaycan Qarabağda yaşayan erməniləri aclıqdan öldürmək və onları inteqrasiyaya “məcbur etmək” məqsədi güdür. Separatçı “xadim”ə görə, yeganə çıxış yolu “dəhliz”in açılmasıdır. O, Araik Arutyunyan da məqsədlərinin guya “yolu açmaq” olduğunu iddia edib.
Separatçıların “aksiya”sı sosial şəbəkənin erməni seqmentində də müzakirə olunur. Yayılan informasiyaya görə, Xankəndidəki separatçıların genişmiqyaslı aksiya keçirmək cəhdləri növbəti dəfə uğursuzluğa düçar olub. Onlar Laçın postuna yürüş etməyə cəhd etsələr də, az adam dəstəklədiyi üçün yürüş baş tutmayıb.
“Laçın” postunun bağlanması məsələsinə gəlincə, bu, ermənilərin Azərbaycan tərəfinin humanistliyindən sui-istifadə ilə bağlıdır. Azərbaycan Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində Laçın sərhəd-buraxılış məntəqəsindən qaçaqmalın keçirildiyini aşkarladı və bundan sonra post bağlandı. Ermənilər tərəfindən bəyan olunmamış mobil telefon və aksessuarlar keçirməyə cəhd göstərilib, siqaretlər və yanacaq qaçaqmalçılığı həyata keçirilib və bunu BQXK edib. Azərbaycan qətiyyətli mövqe ortaya qoyaraq və ərazilərimizə qanunsuz daşımaların qarşısını almaq üçün “Laçın” sərhəd-keçid məntəqəsini bağladı.
İndiyə qədər Ermənistanın, Qarabağda qalan ermənilərin, hətta Rusiya sülhməramlılarının da qanunsuz daşımalar həyata keçirdiyinə dair çoxlu faktlar yayılıb.
Əslində, ermənilərin Xankəndidəki aksiyasının guya “humanitar fəlakətlə” üzləşdikləri görüntüsü yaratmağa hesablandığı bəllidir. Ermənistan və separatçı rejim “humanitar fəlakət” görüntüsü yaratmağa çalışır və bununla Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq istəyirlər. Lakin onların bu çirkin planı baş tutmayacaq.
Separatçılar arasında xaosun hökm sürməsi, bundan əvvəlki proseslərdə də müşahidə olunurdu. Hətta bir neçə gün əvvəl məlum oldu ki, baş separatçı Araik Arutyunyanın qızları Xankəndidən qaçıb. Məlumata görə, qızlardan biri ailə qurduqdan sonra, digəri isə təhsil bəhanəsi ilə İrəvana köçüb. Hətta “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan Arutyunyanın kürəkəni də işdən çıxarılıb və Qarabağı tərk edib.
Qarabağı tərk edən ermənilər haqda tənqidi və istehzalı danışan Araikin qızlarının bunu etməsi cəmiyyətdə suallar yaradıb. Separatçılar anlayırlar ki, artıq onların başqa çıxış yolları yoxdur. Bu, özünü Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilərin “lider”i sayan Araik Arutyunyanın bir həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinə məktubla müraciətindən də aydın olur. Separatçılar anlamalıdırlar ki, yeganə çıxış yolu dialoq və inteqrasiyadan keçir. Buna görə də baş separatçı və onun tör-töküntüləri “başqa çıxış yolları” axtarmaqdan vaz keçməlidirlər.
Akqabay Mıradov