Dənizə gedənlərin nəzərinə: Pul istəsələr, bunu edin!
    • 17-07-2023, 13:36
    • 217

Dənizə gedənlərin nəzərinə: Pul istəsələr, bunu edin!

Çimərliklər tamamilə ödənişsizdir, heç bir məbləğ tələb olunmamalıdır.

News24.az
Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Şamil Paşayev deyib.

O bildirib ki, çimərliyə daxil olan zaman hər hansı bir şəxs insanlardan pul ala bilməz:

“Dənizi bağlamaq, 20-50 metr zolağında hasar çəkmək, orada pul yığmaq, insanları çimərliyə buraxmamaq 40 min manata qədər cərimədir. Bununla bağlı İqtisadiyyat Nazirliyi və İcra Hakimiyyətinə şikayət etmək mümkündür”, – hüquqşünas deyib.