"Çimərliklər avqustun 5-dək açılmayacaq"
    • 20-07-2020, 17:41
    • 479

"Çimərliklər avqustun 5-dək açılmayacaq"

“Dəniz kənarında yaşayan, amma çimərliyə gedə bilməyənlər təbii narazılıqlarını bildirirlər. Bu bizin üçün də naharahedici bir haldır. Çox təəssüf hissi ilə deməliyəm ki, hələ çimərlik mövsümünün açılışına hazır deyilik. Bunu avqustun 5-nə kimi edə bilməyəcəyik”.

News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib. O qeyd edib ki, açılma ilə əldə etdiyimiz nailiyyəti itirə bilərik: “Birinci risk ondan ibarətdir ki, çimərliyə böyük həcmdə insan gəldikdə məsafə saxlamaq mümkün deyil. İkinci risrk su və yeməyin ümumi yerlərdən alınmasıdır. Bu yayılma ehtimalını artıracaq. Üçüncüsü və ən əsası hər hansı rayonda olan çimərliyə Bakının müxtəlif rayonlarından gələcəklər. Bu tamamilə təhlükəlidir".

Afaq Mirayiq