"İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu" keçiriləcək
    • 18-07-2023, 11:28
    • 248

"İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu" keçiriləcək

Yeni tədris ilinin başlanması və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə "İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu" keçiriləcək.

News24.az xəbər verir ki, forum Azərbaycan Gənc Müəllimləri Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı və Təhsil Nəşriyyatının təşkilatçılığı, qardaş Türkiyə Respublikasının Okulistik və Matbeg şirkətlərinin təşəbbüsü ilə baş tutacaq.

"İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu"nun 9 sentyabr 2023-cü il saat 14:00-da Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil Millətin Gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır.

İSMF-nin (İbtidai Sinif Müəllimlərinin Forumu) təşəbbüskarı olan "Çinar Yayımları" nəşriyyatı gələcəyimiz olan uşaqlar üçün yüksək texnologiya və müasir standartlara uyğun keyfiyyətli dərs vəsaitləri nəşr edir. "Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən nəşriyyat mütəmadi olaraq şagird və müəllimlər üçün müxtəlif sosial, interaktiv layihələr həyata keçirir.

Qeydiyyat üçün: 055-224-56-26 nömrəsinə zəng edərək (və ya votsapa yazaraq) bilet əldə edə bilərsiniz.