ABŞ ordusuna aid məxfi məlumatlar yayıldı
    • 18-07-2023, 13:00
    • 99

ABŞ ordusuna aid məxfi məlumatlar yayıldı

ABŞ ordusuna aid məxfi tərkibli xeyli sayda elektron məktub texniki yanlışlıq səbəbindən Mali Respublikasına göndərilib.

News24.az
xəbər verir ki, ABŞ ordusuna aid domen Mali Respublikasının domeni ilə qarışdırılıb, bu da məxfi məlumatların yayılmasına səbəb olub.

Sözügedən elektron məktublarda diplomatik sənədlər, vergi qeydləri, şifrələr və yüksək rütbəli zabitlərin istirahət proqramları kimi məlumatlar mövcud olub.

Məsələ ilə bağlı açıqlama verən Pentaqonun mətbuat katibi Tim Qorman onların bu problemlə bağlı məlumatlı olduğunu və əhəmiyyətli məlumatların yayılmasının gətirəcəyi problemlərə ciddi yanaşdıqlarını bildirib.