-
- 18-07-2023, 13:14
- 244
"Ermənilər sülh istəmir, əksinə, buna mane olurlar" - Yücel Karauz
Baş separatçı Araik Arutyunyan dünən ermənilərə müraciəti zamanı bildirib ki, beynəlxalq müdaxilə olmasa, “artsax” xalqının rəyi nəzərə almasa, vəziyyət gərginləşəcək. O, beynəlxalq ictimaiyyət qarşısında bir həftə vaxt qoyub. Onun sözlərinə görə, əgər etirazlara məhəl qoyulmasa, onlar həm “artsaxda” (hazırda ermənilərin yaşadığı ərazi), həm də ondan kənarda daha sərt tədbirlərə əl atacaqlar. Hədə-qorxulardan sonra Araik oturaq aksiya elan etdiyini bildirib.
Araikin sözlərindən bəlli olur ki, separatçılar bölgədə təxribat və terror aktı törədəcəklər. Təkcə bu açıqlama bəs edir ki, Azərbaycan separatçılar tərəfindən mövqelərimizə qarşı baş verəcək təxribatların qarşısını alsın. Araikin sözlərindən bəlli olur ki, separatçılar bölgədə təxribat və terror aktı törədəcəklər.
Mövzu ilə bağlı News24.az-a münasibət bildirən türk general Yücel Karauz deyib ki, Azərbaycan anti-terror əməliyyatlarına yubanmadan başlamalıdır.
“O, baş separtçının Azərbaycana bir həftə vaxt verdiyi müddətdə, Azərbaycan anti-terror əməliyyatlarına başlamalı, bölgədə baş verə biləcək təxribatlara onların anladıqları “dəmir yumruq” dili ilə cavab verməlidir. Araikin verdiyi bu açıqlama bir daha sübut edir ki, ermənilər regionda sülh istəmir, buna maneə olur. Araik Azərbaycanın danışıqlar üçün masaya oturacağı şəxs deyil. O kimdir ki... Onun bütün səyləri separatçıları yanında saxlamaq üçündür. Onlar heç bir halda hüquqla və məğlubiyyətlə üzləşmək istəmirlər. Ən bariz nümunə kimi sonuncu Brüssel görüşündə Paşinyan da üzündəki ifadə ilə bunu təsdiqlədi. Ermənistan 200 ildir ki, küncə sıxılıb qalan ağlayan uşaq obrazını oynayır. Siyasi havadarları olan Rusiya, Fransa və Avropa İttifaqından kömək dilənir. Artıq 10 noyabr bəyanatından 33 ay vaxt keçib ki, ermənilər hələ də vədlərini yerinə yetirmir. Sözdən, ədalətdən danışmır. Qalib dövlət Azərbaycanın kifayət qədər hərbi gücü olmasına baxmayaraq, səbrlə sülh prosesinə yaxınlaşdığı bir məqamda Araikin bu cür açıqlamaları onu göstərir ki, onlara layiq olduqları tərzdə cavab verməyin vaxtı çatıb”, - deyə o yekunlaşdırıb.
Arzu