Avropada temperatur 50 dərəcəyə qədər yüksələcək
    • 18-07-2023, 14:32
    • 153

Avropada temperatur 50 dərəcəyə qədər yüksələcək

 Avropada temperatur Saharadakı "isti partlayışı" səbəbindən 50 dərəcəyə qədər yüksələ bilər.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə iyulun 17-də Bloomberg məlumat yayıb .

Antisiklon "Xaron" adlandırıldı. Ehtimal olunur ki, buna görə iyulun 19-da Sardiniyada hava 50 dərəcəyə qədər isinəcək və bütün Avropa üzrə 48,8 dərəcə ilə rekord qıracaq.

İtaliya, İspaniya və Yunanıstanda temperatur 40 dərəcədən yuxarı olacaq. Temperatur yüksəldikcə meşə yanğınları riskinin artacağı gözlənilir.