-
- 1-03-2019, 14:37
- 791
Gənclər və İdman Nazirliyi yeni layihəyə start verir
Gənclər və İdman Nazirliyi gənclərlə işləyən təlimçilərin reyestrinin aparılması və elektron məlumat bazasının yaradılmasını elan edir.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata gör görə, layihənin məqsədi gənclərlə bağlı həyata keçirilən müxtəlif yerli və beynəlxalq layihə və fəaliyyətlərdə nəzərdə tutulan təlimlərin keçirilməsi üçün təcrübəli və potensial təlimçilərdən ibarət platformanın yaradılması mexanizminin tətbiq edilməsidir.
Reyestrə daxil edilmək üçün şəxslər aşağıdakı sənədləri 2019-cu ilin martın 01-dən 30-dək təqdim etmələri xahiş olunur:
1. Müraciət (Əlavə №1);
2. Tərcümeyi hal (CV);
3. Yerli və beynəlxalq səviyyədə keçirilən təlimçilər üçün təlimlərdə (ToT Training of trainers) iştirakı. İştirakı təsdiq edən sənədin (şəhadətnamə və s.) surəti;
4. Təlimçi barədə məlumat forması (Əlavə №2);;
5. Şəxsiyyət vəsiqəsinin surəti;
6. Ali təhsil barədə sənədin surəti;
7. Elektron formada 1 ədəd 3x4 ölçüdə şəkil.
Bu məlumatları aşağıdakı elektron poçt və ya şəxsən Gənclər və İdman Nazirliyinin Ümumi şöbəsinə təqdim etmək olar.
Sənədlər təqdim edildikdən sonra 3 (üç) iş günü müddətində yoxlanılır və müraciət edən şəxsə elektron poçt vasitəsilə bildiriş göndərilir. 7 (yeddi) iş günü müddətində isə Gənclər və İdman Nazirliyi tərəfindən reyestrdən çıxarış təqdim edilir. Bu sənədlə həmin şəxsə ölkə ərazisində gənclərlə bağlı təlimlərdə təlimçi kimi iştirak etmək səlahiyyəti verilir.
Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.11.15 yarımbəndinin (Gənclərlə iş sahəsində təlimçilərin hazırlanması mexanizminin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud olan beynəlxalq təcrübənin tətbiq edilməsi) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.