-
- 19-07-2023, 11:15
- 216
Azərbaycanda toya gedən ailə dəhşət yaşadı - TƏFƏRRÜAT
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ötən il iyunun 25-də Salyanın Yolüstü kəndi ərazisində yolu keçən kənd sakini Fəxrəddin Cavadovu “Mercedes”lə vurub öldürən 71 yaşlı Əlmaid Vəliyevə hökm oxunub.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı sürücü Ə.Vəliyevin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması məlum olub.
Bəlli olub ki, 71 yaşlı kişi həmin gün ailəsi ilə birgə toya gedib və hadisə onlar gecə saat 10-da toydan evə qayıdarkən baş verib. Qəzada ölən Fəxrəddin Cavadov da hadisə günü ailəsi ilə birgə toyda iştirak edib və daha sonra şadlıq evindən küçəyə çıxıb. O, yolu keçərkən Ə.Vəliyev avtomobilinin altında qalıb, az sonra şadlıq evindəki toyda iştirak edən Fəxrəddinin ailəsinə onun ölüm xəbəri verilib.
Məhkəmədə bildirilib ki, Ə.Vəliyev vəfat edən şəxsin ailəsinin tələbi ilə 3000 manat hüzrə, 4500 manat başdaşına və əlavə olaraq mərhumun arvadının yol xərcini ödəmək məqsədilə 500 manat pul verilib. Lakin ailə şikayətlərini geri çəkmək üçün daha 50 min manat tələb edib. Təqsirləndirilən şəxs isə həmin vəsaiti ödəyə bilməyəcəyini deyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Ə.Vəliyevi Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük vəsiqəsi olmadan ölümlə nəticələnən yol qəzası törətmə) maddəsi ilə təqsirli bilib.
Ona 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib və cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi qeyd edilib.
Taleh Bağırov