-
- 10-05-2024, 16:27
- 259
100 mindən çox çörək yığışdırıldı
Yaponiyada 100 mindən çox qablaşdırılmış çörək müsadirə edilib. Buna səbəb isə bəzilərində siçan qalıqları aşkar edilməsi olub.
News24.az xəbər verir ki, ölkənin ən məşhur şirkətlərindən biri olan Pasko Şikişimanın istehsal etdiyi qablaşdırılmış çörəklərdən ikisində siçan qalıqları tapılıb.
Şirkətdən verilən açıqlamada bildirilib ki, hadisə mayın 5-i və 7-də müştərilər tərəfindən göndərilən elektron məktublar sayəsində fərq edilib.
Hadisədən sonra bazardan 7-11 may tarixləri arasında istifadə müddəti olan 104 min bağlama çörəyin toplandığı açıqlanıb.
Açıqlamada, "Yaradılan narahatçılığa görə bütün müştərilərimizdən, iş ortaqlarımızdan və əlaqədar şəxslərdən və təşkilatlardan üzr istəyirik. Biz bu vəziyyətin bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik və keyfiyyətə nəzarət prosedurlarımızı daha da təkmilləşdirəcəyik" deyə bildirilib.
Hələlik hadisə ilə bağlı hər hansı sağlamlıq probleminin yaşanmadığı vurğulansa da, şikayət edilən çörəklərin istehsal olunduğu Tokio fabrikində istehsalın müvəqqəti dayandırıldığı və ətraflı araşdırmaya başlanıldığı deyilib.
Günel Məlikzadə