Maskdan Braziliyaya dəstək
    • 10-05-2024, 16:38
    • 215

Maskdan Braziliyaya dəstək

Braziliyanın Rio Grande do Sul əyalətinin qubernatoru Eduardo Leite, iki həftədir davam edən daşqın,torpaq sürüşmələri nəticəsində internet və bir çox rabitə şəbəkəsinin zədələndiyini bildirib.

News24.az xəbər verir ki, İlon Maskın bölgəyə 1000 internet antenası bağışladığını açıqlayan Leite deyib:

“1000 Starlink internet antenası bağışladığı üçün İlon Maska təşəkkür etmək istərdik. Bütün fəlakət dövrü ərzində məlumat xidməti və əlaqə təmin edən bu avadanlıq dövlətimizin yenidən qurulması mərhələsində son dərəcə dəyərli olacaq".

Mask Qubernatorun təşəkkürünə “dəyməz” deyərək cavab verib.

Günel Məlikzadə