İsrail Livanın cənubunu vurdu
    • 10-05-2024, 17:05
    • 104

İsrail Livanın cənubunu vurdu

İsrailin Livana hücumunda iki nəfərin öldüyü açıqlanıb.

News24.az xəbər verir ki, Livanın dövlət mediası bu gün bildirib ki, Hizbullaha bağlı bir xilasetmə qrupunun ilk yardım işçisi və təmir işləri aparan bir telekommunikasiya texniki Livanın cənubunda İsrailin hücumu nəticəsində ölüb.

Livanın Milli Xəbər Agentliyinin verdiyi məlumata görə, Risala Skaut Assosiasiyasının xilasedicisi və özəl mobil xidmət provayderi MTC Touch üçün texniki xidmət göstərən Power Tec-dən bir texniki “İsrailin Tayr Harfaya hücumu nəticəsində” həlak olub.

MTC Touch və Ogero telekommunikasiya provayderinin işçilərinin ötürücü dirəklərdə təmir işləri apardıqlarını bildirən NNA, Birləşmiş Millətlər Təşkilatının Livandakı Sülhməramlı Missiyası olan UNIFIL-dən icazə aldıqlarını da bildirib.

Günel Məlikzadə