Aybəniz Haşımovanın bacısı Bakıya gətirilir - Vəziyyəti...
    • 20-07-2023, 11:06
    • 628

Aybəniz Haşımovanın bacısı Bakıya gətirilir - Vəziyyəti...

Beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilən xalq artisti Şahnaz Haşımovanın nəvəsi onun səhhətindəki son durumdan danışıb.

Şahnaz Haşımovanın nəvəsi Eldar Haşımov Teleqraf.com-a açıqlamasında xalq artistinin Bakıda xəstəxanaya yerləşdiriləcəyini deyib:

"Səhhəti normaldır. Qanda şəkərin miqdarı qalxır və düşür. Tam sağalması üçün bu gün Bakıda yerləşən Mərkəzi Gömrük Hospitalına aparılmalıdır".

Qeyd edək ki, Şahnaz Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.