İbrahimdən xanımına QADAĞA:
    • 20-07-2023, 14:23
    • 641

İbrahimdən xanımına QADAĞA: "İstəmirəm ki, o..."

“Onun teatrda işləməsini istəmirəm”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bunu aktyor İbrahim Çingizoğlu “Gündən-günə” verilişində deyib.

Gənc aktyor xanımı aktrisa Aydanın teatrda işləməsinə qarşı çıxdığını müəyyən səbəblərlə əlaqələndirib:

“Aydanın teatrda işləməsini istəmirəm. Film, seriallar belədir ki, gedib çəkilirik, çəkiliş məkanını tərk edəndən sonra ora ilə bizi heç nə bağlamır. Amma teatr elədir ki, sən ora bağlısan. Teatrda müəyyən hadisələr baş verir, kimlərinsə arasında problemlər, ya nəsə olur. Bütün kollektivlərdə problemlər olur. Amma teatrlarda bu, daha çoxdur və daha qabarıq şəkildə özünü göstərir. İstəməzdim Aydan o proseslərin içərisində olsun. Çünkü mən özüm o proseslərin içərisindəyəm”.