Ana qatil tutub 3 yaşlı oğlunu öldürməyə cəhd etdi 
    • 20-07-2023, 17:32
    • 159

Ana qatil tutub 3 yaşlı oğlunu öldürməyə cəhd etdi 

ABŞ-nin Florida ştatında 3 yaşlı oğlunu öldürmək üçün qatil tutan ana saxlanılıb.

News24.az “New York Post”a istinadən xəbər verir ki, 18 yaşlı ana Jazmin Paez azyaşlı oğlunu öldürmək üçün saxta "qatil saytı”na müraciət edib.

Sayt sahibi hadisəni polisə xəbər verib. Sonra özünü muzdlu qatil kimi göstərərək 3000 dollar qarşılığında razılaşıblar. 

İP ünvanı vasitəsilə yeri təsbit edən əməliyyatçılar ananı saxlayıblar.

İstintaq prosesində uşağın nənəsi ananın uşağa zərər vermək niyyətində olduğunu təsdiqləyib.

Nərmin Murad