Qazimiz ABŞ universitetinə daxil oldu
    • 20-07-2023, 20:35
    • 214

Qazimiz ABŞ universitetinə daxil oldu

“2022-2026 Dövlət Proqramı”na ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənclər arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də yer alıb.

News24.az​​​ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Cavid Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

“Cavid ABŞ-nin Minnesota Universitetinin Supply Chain Management (Təchizat zəncirinin idarəolunması) ixtisasına magistratura səviyyəsinə qəbul olunub.

O, həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST Universitetində "Electrical Engineering" (Elekrtik mühəndisliyi) və "Technology Management" (Texnologiya menecmenti) ixtisasları üzrə iki magistratura bitirib”, - Elm və Təhsil Nazirliyi rəsmisi qeyd edib.