Azərbaycan və Rusiya XİN başçıları telefonla danışdı
    • 21-07-2023, 17:15
    • 200

Azərbaycan və Rusiya XİN başçıları telefonla danışdı

İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

C.Bayramov və S.Lavrov əlavə təmaslar barədə razılığa gəliblər.