Prezident: Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyirlər
    • 21-07-2023, 18:25
    • 622

Prezident: Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyirlər

“Mən sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz gündəlik işimdə mənə yardımçı olursunuz”.

News24.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur və ya mən digər məsələlərlə məşğul olmuşam. Hətta nəvələrim mənə müəyyən məlumatları verirlər, övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm, bu mənə çox yardımçı olur. Çünki müəyyən şeylər var ki, digər həmvətənlərimiz kimi məni də qıcıqlandırır. Həm sosial media, həm də ənənəvi KİV-lər mənə məsələlərdən xəbərdar olmağa və dərhal ona reaksiya verməyə kömək edir. Hətta bir ağacın kəsilməsini belə mən mediadan bilmişəm. Bu, məmurlarda da iltizam yardır. Mən ölkəni gəzirəm, bunu avtomobillə edirəm. Buna səbəb isə, mən avtomobillə hərəkət edəndə daha çox görürəm, nəinki helikopter və ya təyyarə ilə səfər edəndə. Yerlərdə olan məmurlar bilirlər ki, gələn dəfə mən gələndə buna nəzarət edəcəyəm”, - dövlət başçısı qeyd edib.