ABŞ ukraynalı pilotların F-16 təlimlərini sürətləndirəcək
    • 22-07-2023, 09:58
    • 164

ABŞ ukraynalı pilotların F-16 təlimlərini sürətləndirəcək

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan F-16 döyüş təyyarələri ilə bağlı ukraynalı pilotlara sürətli təlim keçəcəklərini açıqlayıb. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, Sallivan ukraynalı pilotların hazırlığının nə vaxt başlayacağını dəqiq deyə bilmədiyini, lakin bunun aylar deyil, həftələr çəkəcəyini qeyd edib.

Sallivan onu da deyib ki, Ukraynaya ATACMS raketlərini vermək qərarı prezident Baydenindir.

Nərmin Murad