DİN-dən Şamaxıda baş verən qəza ilə bağlı - Açıqlama
    • 22-07-2023, 11:47
    • 171

DİN-dən Şamaxıda baş verən qəza ilə bağlı - Açıqlama

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Xəsarət alab F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, mərhum “Tik-Tok” sosial şəbəkəsinin aktiv istifadəçilərindən olub. Yayılan videonu da bir neçə ay öncə şəxsi hesabında paylaşıb.