Lukaşenko: "Ehtiyac olsa Ukrayna əhalisinə dəstək veriləcək" - VİDEO+YENİLƏNİB - 3
    • 23-07-2023, 16:07
    • 291

Lukaşenko: "Ehtiyac olsa Ukrayna əhalisinə dəstək veriləcək" - VİDEO+YENİLƏNİB - 3

16:07 

“Ehtiyac olsa Ukraynanın qərbindəki əhaliyə humanitar dəstək verəcəyik”. 

 

Bu fikirləri Rusiya prezidenti ilə görüşdə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko deyib. 

 

O, həmçinin ölkəsinin təhlükəsizliyi məsələsində tutduğu mövqeyə görə rusiyalı həmkarına təşəkkü edib:

 

“Belarusun təhlükəsizliyi Rusiyanın da məsələsidir fikrinin müəllifi olan ilk prezidentsiniz. Biz bu fikri ordumuzun gücləndirilməsi prosesində daim nəzərə alırıq”.



15:12

"Ukraynaya muzdlu döyüşçüləri göndərən dövlətlər bundan çəkinməlidir".

Bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə deyib.

O bildirib ki, həmin ölkələri döyüş gedən ərazilərdəki vəziyyətdən xəbərdar olmamaqda ittiham edib. 


13:54 


“Polşa ordusu sərhədlərimizə yaxınlaşıb”. 


Bunu Belarus prezidenti Aleksandr Lukaşenko rusiyal həmkarı ilə görüşündə bildirib. O, həmçinin bu faktı təsdiqləmək üçün Polşa hərbçilərinin mövqe dəyişikliyini əks etdirən xəritəni nümayiş etdirib:  “Polyakların briqadalarından biri Brestin 40 kilometrliyidə, digəri isə Qrodno şəhərinə 100 kilometrlik məsafədə cəmləşdirilib. Bu addıma cavab olaraq iqtisadi sahədə ikitərəfli əməkdaşlığa dair xüsusi plan hazırlanmasını təklif edirəm”.


Vladimir Putin isə bildirib ki, hərbi əməliyyatlar başladığı gündən qarşı tərəfin itkiləri 25 min nəfəri keçib.

Belarusla ikitərəfli münasibətlərə toxunan Kreml rəhbəri bildirib ki, ikitərəfli planların icrası davam edir. 
 



13:10 


Rusiya prezidenti Vladimir Putinin bu ölkədə səfərdə olan Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə qeyri-rəsmi görüşü başlayıb.

 

News24.az-ın məlumatına görə, liderlər ikitərəfli münasibətlərin perspektivləri, ittifaq dövləti daxilində strateji əməkdaşlıq və digər məsələləri müzakirə edəcək. 

 

Qeyd edək ki, onlar sonuncu dəfə iyunun 9-da Soçidə bir araya gəlmişdi.