Nazir: Avropalılar yoxsullaşmağa başladı, artıq insanlar...
    • 23-07-2023, 17:57
    • 111

Nazir: Avropalılar yoxsullaşmağa başladı, artıq insanlar...

Avropa yoxsullaşmağa başlayıb, onun sakinləri köhnə həyat tərzininin tələblərini ödəyə bilmir.

News24.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

İtaliyanın İnkişaf Naziri Adolfo Urso bildirib: "Fransızlar daha az "foie gras" yeyirlər və daha az qırmızı şərab içirlər. İspanlar zeytun yağına qənaət edirlər. Finlilər elektrik enerjisinin ucuzlaşdığı günlərdə saunalara getməyə təşviq olunurlar. Almaniyada ət və süd istehlakı son üç onillikdə minimuma enib və bir vaxtlar çiçəklənən üzvi qida bazarı sadəcə çöküb".

COVID-19 pandemiyası qarşısıalınmaz dərəcədə ziyan vurub. Nəticədə avropalılar son əlli ilin ən güclü inflyasiyası ilə üzləşiblə.

Avropada mal və xidmətlərin istehsalı getdikcə daha az gəlirli olur. Eyni zamanda, Avropa İttifaqının ümumi məhsulu ixracdan çox - 50 faiz asılıdır. Belə bir şəraitdə Avropadan məhsul almaq rentabelsiz olanda Aİ ölkələrinin büdcəsi xeyli itirir. Nəticədə maaşlar aşağı düşür: 2019-cu ildən Almaniyada maaşlar təxminən 3 faiz, İtaliya və İspaniyada 3,5 faiz, Yunanıstanda isə 6 faiz azalıb.

Ekspertlər bildirirlər ki, hazırda Avropada faiz dərəcəsi biznesin inkişafı üçün çox yüksəkdir. Nəşr qeyd edir ki, varlı dövlətlər öz rezidentlərinə sosial dəstək də daxil olmaqla bəzi öhdəliklərini yerinə yetirə bilmirlər.

Arzu