ABŞ Suriyadakı hərbçilərinin sayını üç dəfə artırıb
    • 24-07-2023, 11:47
    • 101

ABŞ Suriyadakı hərbçilərinin sayını üç dəfə artırıb

ABŞ komandanlığı Suriyaya hərbi texnika yerləşdirib və iyulun 15-dən bəri Suriyadakı ABŞ hərbçilərinin sayı 500-dən 1,5 minə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə “Al  Watan” məlumat yayıb. 

Bazar günü Amerika hərbi texnikası və təchizatı İraqdan, eləcə də ABŞ hərbçilərinin böyük bir qrupu yerləşdirilib. Karvanlar Əl-Valid sərhəd-keçid məntəqəsindən keçərək Həsəkə əyalətinə daxil olublar.

Amerikalılar Suriya Demokratik Qüvvələrinin kürd döyüşçülərinə təlim keçir, aerodromları və neft-qaz yataqlarını qoruyur .
Bildirilir ki, ABŞ yaxın gələcəkdə iranpərəst silahlı birləşmələrin ABŞ-ın Suriyadakı hərbi obyektlərinə hücumlarından ehtiyat edir.

Arzu