Rusiya Odessanı beş tonluq raketlərlə vurdu
    • 25-07-2023, 12:59
    • 139

Rusiya Odessanı beş tonluq raketlərlə vurdu

İyulun 18-dən Rusiya Odessa və Ukraynanın cənubundakı digər vilayətlərə qarşı uzaq məsafədən zərbələri gücləndirib. Bu hücumlarda əvvəlcə təyyarədaşıyanları məhv etmək üçün nəzərdə tutulmuş, 5,5 ton ağırlığında qeyri-adi sayda Kh-22 raketlərindən istifadə edilib. 

News24.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Odessanın cənubunda Qara dəniz limanında bir neçə taxıl anbarı, eləcə də şəhərin tarixi mərkəzi dağıdılıb. İyulun 24-də Rusiya Rumıniya sərhədindən təxminən 200 metr aralıda Dunay çayındakı doklara kamikadze pilotsuz təyyarə ilə zərbə endirib”, - məlumatda deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, 2022-ci ilin avqustundan 2023-cü ilin iyun ayına qədər, Qara Dəniz Taxıl Təşəbbüsü hələ qüvvədə olanda, Rusiya ümumiyyətlə cənub limanlarında mülki infrastruktura hücum etməkdən çəkinib.

“Rusiya müqaviləni yeniləməkdə uğursuzluğa düçar olub və Kreml çox güman ki, özünü siyasi cəhətdən sıxıntılı hiss edir və Ukraynanın bu ərazilərdə hərbi aktivlərinin olduğuna inandığı üçün Odessadakı hədəfləri vurmağa çalışır, - məlumatda qeyd edilib.

Akqabay