Gürcüstanda etiraz aksiyası başladı
    • 25-07-2023, 13:21
    • 123

Gürcüstanda etiraz aksiyası başladı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Lejbədinli kəndində etiraz aksiyası keçirilir.

News24.az APA-ya istinadən xəbər verir ki, sakinlər kənd ərazisindəki daş karxanalarının fəaliyyətinə etiraz edirlər. Kəndlilər daş karxanalarının onlara məxsus otlaq sahələrini zəbt etdiyini, çayın məcrasını dəyişərək kəndi suvarma suyundan məhrum qoyduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, hazırda kənd ərazisində doqquzuncu daş karxanasının tikilməsinə başlanılıb. Etirazla əlaqədar Marneuli şəhər şurasının Kürtlər və Qullar ərazi vahidliyi üzrə deputatı Omar İrişov əraziyə gəlib. O, daş karxanalarından lisenziya və fəaliyyət göstərməli olduqları sahə ilə bağlı sənədlərin tələb ediləcəyini, kəndə məxsus torpaq sahəsinin zəbt edilməsinin qarşısının alınacağını deyib.