Kılıçdaroğluna sərt sözlər:
    • 25-07-2023, 14:09
    • 85

Kılıçdaroğluna sərt sözlər: "FETÖ-çuları millət vəkili etdiniz"

Türkiyədə CHP-də seçki məğlubiyyətindən sonra başlayan dəyişikliklə bağlı müzakirələr davam edir. Partiya üzvləri tərəfindən CHP sədri Kamal Kılıçdaroğlunun sədrlikdən getməsi tələb olunur. Kılıçdaroğlu isə cavabında bildirib: “partiya prinsiplərinə uyğun, təmiz adam olsa, günü bu gün sədrlikdən gedərdim”.

News24.az xəbər verir ki, onun açıqlaması mübahisələri və böhranı daha artırıb. 

Partiyanın nümayəndələrindən olan Kamal Anadol diqqətçəkən açıqlamalar verib: “Sözlərinə inanmıram. Gözləyirdim ki, yalanlayasan amma sən susdun. İndi isə söz artıq, pul yüklü işlərə qarışmaq bir yana qalsın, ömrünü CHP prinsiplərinə bağlayan, maddi itkilərə məruz qalan təşkilatın fədakar işçilərinə düşür.  Təqaüdə çıxdıqdan sonra CHP sizə İş Bankı İdarə Heyəti, Partiya Məclisi və MQA üzvlüyü, millət vəkili, Qrup sədr müavini və son olaraq Atatürkün kreslosunu verdi. Siz isə qırmızı bülletenlə xaricdə axtarışda olan insanları millət vəkili etdiniz. FETÖ tərəfdarı olduqları üçün universitetdən qovulanları, qeyri-qanuni yollarla xaricə qaçan insanları məsləhətçi seçdiniz.
Keçmişi təmiz olan minlərlə insan sizin Atatürk kreslosundan bir an əvvəl getməyinizi istəyir. Haqqımı halal etmirəm”.

Arzu