Qərb bölgəsinə elektrik verilməsinin dayandırılması xəbərinə RƏSMİ REAKSİYA-VİDEO
    • 25-07-2023, 23:46
    • 487

Qərb bölgəsinə elektrik verilməsinin dayandırılması xəbərinə RƏSMİ REAKSİYA-VİDEO

Mediada Daşkəsən rayonun bəzi kəndlərində leysan yağışlar səbəbindən elektrik enerjisinin verilməsi dayandırılması ilə bağlı xəbərlər tirajlanıb.  

News24.az məsələ ilə bağlı “Azərişıq” ASC –ni Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayevlə əlaqə saxlayıb. 

Qurum rəsmisi bildirib ki, bəzi saytlarda qeyd olunduğu kimi, Daşkəsənin kəndləri işıqsız qalmayıb:

"Bu saata olan məlumatı sizinlə bölüşürəm. Hazırda Daşkəsənin bütün kəndləri elektrik enerjisi ilə təmin olunub və heç bir fasilə yaranmayıb. Yalnız bir qəza halı var. O da avtomobilin  elektrik dayağına dəyməsi ilə bağlıdır.  Həmin ərazidə də elektrik enerjisinin bərpa olunması istiqamətində işlər aparılır, qəza xidməti sözügedən dayağı dəyişdirir. Ümumilikdə, Daşkəsəndə belə bir problem müşahidə olunmur".