Məhşur brend "Shein"-i məhkəməyə verdi
    • 26-07-2023, 10:52
    • 139

Məhşur brend "Shein"-i məhkəməyə verdi

İsveçin "H&M" brendi bəzi geyim modellərinin dizaynını kopyaladığı üçün Çinli pərakəndə satış şirkəti "Shein"-i məhkəməyə verir.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Şirkət 2021-ci ildə əqli mülkiyyət hüquqlarının pozulması iddiaları ilə məhkəməyə müraciət edib. Belə ki, oğurlanan nümunələr arasında çimərlik geyimləri, sviterlər və digər məmulatlar da olub.

Bununla əlaqədar olaraq, H&M məhkəmə yolu ilə məbləği iddiada göstərilməyən təzminat və paltarların sonrakı surətinin çıxarılmasına qadağa qoyulmasını tələb edib. Bu iş üzrə ilk iclasın iyunun 21-də keçirildiyi, ikinci iclasın isə iyulun 31-nə təyin edildiyi bildirilir.

Aydan