Rusiya “Harri Potter qalası”na hücum etdi - VİDEO
    • 30-04-2024, 12:55
    • 178

Rusiya “Harri Potter qalası”na hücum etdi - VİDEO

Ukraynanın Odessa şəhərində yerli əhalinin “Harri Potter qalası” adlandırdığı bina Rusiyanın raket hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, bu barədə Odessa OBA-nın rəhbəri Oleq Kiper məlumat verib.

Məlumata görə, hücum nəticəsində 4 nəfərin ölüb, 32 nəfər yaralanıb.

Qeyd edək ki, alovlanan dəniz sahilindəki malikanə Böyük Fəvvarənin 9-cu stansiyasında yerləşir. Bu, Odessa Hüquq Akademiyasının tələbələrinin sarayıdır, baxmayaraq ki, daha çox vilayətin keçmiş xalq deputatı və akademiyanın prezidenti Sergey Kivalovun iqamətgahı kimi tanınır. Bina xalq arasında "Harri Potter qalası" adlanır.

Mehriban Mirzəzadə