Günün ikinci şoku: daha bir əsgərimiz özünü güllələdi
    • 26-07-2023, 16:01
    • 339

Günün ikinci şoku: daha bir əsgərimiz özünü güllələdi

Azərbaycanda əsgər özünə qəsd edib.

News24.az Unikal-a istinadən xəbər verir ki, hadisə Laçın rayonunda qeydə alınıb.

Belə ki, Qazax rayonu Daş Salahlı kənd sakini, 2004-cü il təvəllüdlü əsgər Telman Məhəmməd oğlu Eyyubov özünü güllələyərək öldürüb.

Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.