Aşura günü ilə bağlı qanvermə aksiyası başladı
    • 28-07-2023, 09:12
    • 135

Aşura günü ilə bağlı qanvermə aksiyası başladı

Bu gün Azərbaycanda Aşuradır.

News24.az APA-ya istinadən xəbər verir ki, Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb.

Qanvermə aksiyaları Bakı şəhəri üzrə: Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu Sahib-əz-zaman məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu Qaraçuxur məscidi, Yasamal rayonu Təzə Pir məscidi, Yasamal rayonu Hacı Soltanəli məscidi, Binəqədi rayonu İmam Əli məscidi, eyni zamanda, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində keçirilir.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Qeyd edək ki, Məhərrəm ayı iyulun 19-da başlayıb.