Qubad İbadoğlu həbsdən buraxılmadı
    • 28-07-2023, 15:15
    • 297

Qubad İbadoğlu həbsdən buraxılmadı

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun Nərimanov rayon Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

News24.az
xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib. 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

Saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında partiya sədrinin ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Siyasətçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. 

Qərardan narazı qalan Q. İbadoğlu apellyasiya şikayəti verib.

Samir Əli