Amerikalı milyarder yeniyetməni zorlamaqda ittiham olunur
    • 28-07-2023, 14:20
    • 130

Amerikalı milyarder yeniyetməni zorlamaqda ittiham olunur

ABŞ- da milyarder Leon Blek daun sindromlu qıza təcavüz etməkdə ittiham olunub.

News24.az
 
xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Müvafiq iddia məhkəmələrdən birində qeydə alınıb. Sənədə əsasən, hadisə  Nyu Yorkda baş verib . Həmin vaxt qurbanın 16 yaşı olub.

Milyarderin qızla birlikdə maliyyəçi Ceffri Epşteynin malikanəsində vaxt keçirdiyi iddia edilir.

Jurnalistlər deyirlər ki, qadında autizm və Daun sindromunun nadir forması olub, bu səbəbdən onun inkişafında ciddi gerilik müşahidə edilib.

Milyarderin vəkili hadisəni təkzib edib. Onun fikrincə, iş  müştərisini cinsi təcavüzdə ittiham etmiş hüquq firması tərəfindən uydurulub.
 
Aydan