Moskvada kütləvi zəhərlənmə oldu
    • 29-07-2023, 10:03
    • 160

Moskvada kütləvi zəhərlənmə oldu

Krasnoqorsk şəhərinin 22 sakini zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib, onlardan 16-sı xəstəxanaya yerləşdirilməli olub.

News24.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta qiymətləndirilir, xəsarət alan 22 nəfərdən 8-i ambulator müalicəyə buraxılıb.

Kütləvi zəhərlənmənin səbəbləri müəyyənləşdirilir. Hər kəsə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub.