Qaz balonu partladı: Ağır yaralı var - FOTO
    • 2-07-2024, 22:20
    • 194

Qaz balonu partladı: Ağır yaralı var - FOTO

Muğlanın Fethiye rayonunda evdə qaz balonu partlayıb.

News24.az xəbər verir ki, partlayış naməlum səbəbdən olub.

Partlayışdan sonra ətrafdakı vətəndaşlar 112 Təcili Zəng Mərkəzinə müraciət edərək kömək istəyib.

Hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib.

Partlayışdan sonra evdə başlayan yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.

Həmin vaxt evdə olan və ağır yaralanan U.P.-yə sağlamlıq qruplarının ilkin yardımından sonra xəstəxanaya aparılıb.

Yaralının vəziyyətinin ağır olduğu, müalicəsinin davam etdiyi öyrənilib.

Günel Məlikzadə