Tədbirdə infarkt keçirən nazirlik əməkdaşının - SON DURUMU
    • 29-07-2023, 21:21
    • 200

Tədbirdə infarkt keçirən nazirlik əməkdaşının - SON DURUMU

Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən  Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.

 

News24.az xəbər verirki. Sfera.az-əldə etdiyi məlumata görə, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan əməkdaşımız müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb. 


Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq. 

 

Gənclər və İdman Nazirliyi göstərilən diqqətə görə, həkimlərə və eləcə də Universiadanın Təşkilat Komitəsinə təşəkkür edib.