Berlində keçirilən yarışda atletimiz birinci yeri tutdu
    • 30-07-2023, 23:31
    • 298

Berlində keçirilən yarışda atletimiz birinci yeri tutdu

Almaniyada təşkil olunan Dünya Kontinental Turu çərçivəsində 30-cu “Midsommar - Charlottenburger-Mittsommernacht” yarışında Azərbaycan təmsilçisi Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Y.Sarıyeva Berlində keçirilən yarışda üç təkanla tullanma üzrə 13.33 metr nəticə göstərib.

Bu göstərici ilə atletimiz birinci yeri tutub.