“Super Kubokun Bakıda keçirilməsi yaxşı olar” - “Qalatasaray”ın prezidenti
    • 31-07-2023, 20:45
    • 475

“Super Kubokun Bakıda keçirilməsi yaxşı olar” - “Qalatasaray”ın prezidenti

"Qalatasaray”ın prezidenti Dursun Özbek Türkiyə Super Kubokunun Bakıda keçirilmə ehtimalına münasibət bildirib.

"News24.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistin sualını cavablandırıb:

“Çox yaxşı olar. Bakıya gedəndə gördüyümüz münasibət Türkiyədən fərqli deyil. Azərbaycandakı qardaşlarımızı da məmnun etmiş olarıq . Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək. Bunun üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Türkiyə Super Kuboku oyunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır. “Qalatasaray” həlledici matçda “Fənərbaxça” ilə qarşılaşacaq.