"Laçın yolu ilə hərəkət azadlığı məhdudlaşdırılmır"
    • 1-08-2023, 23:37
    • 145

"Laçın yolu ilə hərəkət azadlığı məhdudlaşdırılmır"

"Laçın yolu ilə hərəkət azadlığı məhdudlaşdırılmır". 

News24.az-ın məlumatına görə, bu fikirləri  Prezident İlham Əliyev "Euronews" telekanalının canlı efirində yayımlanan "Global Conversation" adlı debat xarakterli proqramda bildirib.

O deyib ki, ərazidə sərhəd-keçid məntəqəsinin quraşdırıldığı 23 aprel tarixindən etibarən Qarabağda yaşayan 2000 nəfərdən çox əhali maneəsiz şəkildə Ermənistana gedib və oradan geri qayıdıb. 

Dövlət başçısı eyni zamanda Ermənistanın iyunun 15-də törətdiyi və sərhədçilərimizdən birinin yaralanması ilə nəticələnən təxribata toxunub:

"Bundan sonra həmin yol istintaqın aparılması ilə əlaqədar bağlandı, lakin sonradan açıldı. "Qırmızı Xaç" dərman preparatlarının və müalicəyə ehtiyacı olan əhalinin Ermənistana aparılmasını bərpa etdi. Lakin təəssüf ki, yoxlama zamanı "Qırmızı Xaç"a məxsus olan yük avtomobillərində siqaret, "Iphone" markalı mobil telefonlar, eləcə də benzin kimi daşınması qadağan edilən məhsullar aşkarlandı. "Qırmızı Xaç" Komitəsi bunu etiraf etdi və bizə cavabında bildirdi ki, qaçaqmalçılıq yolu ilə daşınan yükə görə məsuliyyət daşımır. Bununla belə, həmin yük maşınlarının sürücülərində bu təşkilatın emblemi təsvir olunmuşdu".