Bursa sənaye zonasında yanğın   - Alov 10 fabrikə yayıldı
    • 2-08-2023, 01:09
    • 189

Bursa sənaye zonasında yanğın   - Alov 10 fabrikə yayıldı

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda fabrikdə yerli saatla 16:30 radələrində baş verən yanğın yaxınlıqdakı fabriklərə də keçib.

News24.az  “Qafqazinfo” - ya istinadən xəbər verir ki, alov eyni kompleksdəki 4 fabriki əhatə etdiyi halda, daha sonra 6 fabrikə yayılıb.

Hazırda davam edən yanğına 105 yanğınsöndürən maşını və 200 canlı qüvvə cəlb olunub. Yanğın söndürmə işlərinə polis və jandarma qruplarının TOMA vasitələri də dəstək verir.