Xırdalanda zibillik baş alıb gedir
    • 2-08-2023, 11:36
    • 336

Xırdalanda zibillik baş alıb gedir

Xırdalanda yüzlərlə sakinin istifadə etdiyi dayanacağın ətrafında zibillik baş alıb gedir.

News24.az-a daxil olan görüntülərdə 119 nömrəli marşrut xətinin son dayanacağında yerləşən zibilxananın dolub, daşdığı görünür.

Məsələ ilə bağlı aidiyyatı qurum olan Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, Abadlıq idarəsi tərəfindən hazırda ərazidə təmizlik işləri aparılır.

Aydan