Qadına narkotik çəkdirib zibilliyə atdılar - Fotolar/Video
    • 27-04-2022, 21:36
    • 302

Qadına narkotik çəkdirib zibilliyə atdılar - Fotolar/Video

Daxili İşlər Nazirliyi Bərdədə zibillik ərazidə halsız vəziyyətdə tapılan qadınla bağlı açıqlama yayıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirib ki, Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.
Hazırda qadının müalicəsi davam etdirilir.

19.02

Bərdədə zibillik ərazidən halsız vəziyyətdə qadın tapılıb.

Qadın hələlik şəxsiyyəti bəlli olmayan şəxslər tərəfindən zibilliyə atılıb.

İlkin məlumata əsasən, onu əraziyə atmamışdan əvvəl narkotik vasitə qəbul etdiriblər. Daha sonra zibillik əraziyə ataraq gediblər. Qadın xəstəxanaya yerləşdirlib.

Hadisənin hansı zəmində baş verməsi araşdırılır. /Qafqazinfo/