Türkmənlər Rusiyadan təcili çıxarılır - Nə baş verir?
    • 2-08-2023, 17:50
    • 613

Türkmənlər Rusiyadan təcili çıxarılır - Nə baş verir?

Ukrayna silahlı qüvvələrinin intensiv atəşə tutulması ilə əlaqədar Türkmənistan hakimiyyəti öz vətəndaşlarını, tələbələri və əmək miqrantlarını təcili olaraq təxliyə edir.

News24.az xəbər verir ki, bu barədə “Türkmənistan xronikası” məlumat yayıb.

İyulun 29-da səhər tezdən Rusiyanın atəşə tutulan yaşayış məntəqələrində yaşayan türkmənləri müvəqqəti olaraq vətənlərinə qaytarmaq və ya daha təhlükəsiz ərazilərə köçürmək üçün 10 Təhlükəsizlik Nazirliyinin zabiti və 15 Daxili İşlər Nazirliyinin əməkdaşından ibarət bir qrup dəniz yolu ilə Həştərxana gəlib. Türkmənistana qayıtmaq istəyənləri maşınla Həştərxana aparacaqlar.

Müdafiə Nazirliyinə Türkmənistan vətəndaşlarını Həştərxandan Türkmənbaşıya daşıyacaq iki gəmi hazırlamaq tapşırılıb. Türkmənbaşıdan isə onlar təyyarə və ya qatarla daimi yaşayış yerlərinə pulsuz aparılacaq. 

Ötən gün məlum olub ki, “Türkmənistan” aviaşirkəti Moskvaya uçuşları dayandırıb.

Şirkətin bəyanatına görə, Aşqabaddan Moskvaya və əks istiqamətdə uçan təyyarələr bundan sonra “Moskvanın hava məkanında yaranmış vəziyyətə görə” Kazana uçacaq.

Akqabay