Türkmənistan Hava Yolları Moskvaya uçuşları DAYANDIRDI
    • 2-08-2023, 01:03
    • 169

Türkmənistan Hava Yolları Moskvaya uçuşları DAYANDIRDI

Türkmənistan Hava Yolları Aşqabaddan Moskvaya uçuşları dayandırıb. 

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Bildirmək istərdik ki, Moskva hava zonasında hava vəziyyəti ilə əlaqədar, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə 2023-cü il avqustun 1-dən etibarən Türkmənistan Hava Yolları Aşqabad - Moskva - Aşqabad istiqamətində uçuşları dayandıracaq və Aşqabad - Kazan - Aşqabad marşrutu ilə həyata keçiriləcək", - məlumatda deyilir.

Günəş Mərd