"Qarabağ" "Rakuv"a məğlub olaraq, Çempionlar Liqası ilə vidalaşdı-VİDEO
    • 2-08-2023, 23:52
    • 409

"Qarabağ" "Rakuv"a məğlub olaraq, Çempionlar Liqası ilə vidalaşdı-VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib. 

News24.az xəbər verir ki, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib. 

Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb. 

Hesabı gözlənilmədən fasilədən sonra qonaqlar açıblar. Fran Tudor 52-ci dəqiqədə qüvvətli zərbə ilə uzaq küncü dəqiq nişan alıb. Lakin polşalıların üstünlüyü çox çəkməyib. 60-cı dəqiqədə Redon Cica yaxın məsafədən rəqibi mərkəzə dəvət edib. 

“Qarabağ”ın qalan dəqiqələrdəki təzyiqi bir nəticə vermədiyindən, oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.