DİN:"Uşaq sığınacağına hücum faktı araşdırılır" - RƏSMİ+VİDEO
    • 6-08-2023, 18:03
    • 246

DİN:"Uşaq sığınacağına hücum faktı araşdırılır" - RƏSMİ+VİDEO

“Naməlum şəxslərin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hücumu ilə bağlı müvafiq araşdırmalara başlanılıb”. 

Bunu
News24.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib. 

“Məlumat daxil olan kimi əraziyə dərhal polis naryadları cəlb edilib. Hadisə yerində araşdırmalar aparılıb, şahidlərin və mərkəzin əməkdaşlarının izahatları alınıb. İnsidentin təfərrüatları və baş vermə səbəblərinə araşdırmalardan sonra aydınlıq gətiriləcək”.


Fərid Azəri