İstanbulda ictimai nəqliyyatda gediş haqqı kəskin BAHALAŞDI
    • 8-08-2023, 13:19
    • 390

İstanbulda ictimai nəqliyyatda gediş haqqı kəskin BAHALAŞDI

İstanbulda Nəqliyyat Koordinasiya Mərkəzi ictimai nəqliyyatda gediş haqqlarının artımı ilə bağlı toplantı keçirib. 

News24.az xəbər verir ki, iclasda alınan qərarla sərnişin daşımalarında mövcud tarifə 51,52 faiz artım edilib. 

Qəbul edilən artım çərçivəsində tam elektron biletin qiyməti 9,90 lirədən 15 lirəyə, tələbə elektron biletinin qiyməti 4,83 lirədən 7,32 lirəyə, müəllim elektron bileti 7,09 lirədən 10,74 lirəyə, tam abunə haqqı 777 lirədən 1177 lirəyə qədər artıb. 

Tələbə abunə haqqı 140 TL-dən 212 TL-yə yüksəlib. 

Metrobüsdə gediş haqqı isə yeni qərarla 22,25 TL olub. Qiymət artımı taksilərə də şamil edilib. 

Sarı rəngli ticarət taksilərində isə minik-eniş gediş haqqı 75 faiz artaraq 70 lirə olub. Sarı taksilər üçün açılış kilometri 19,16 lirə və hər km üçün 12,89 lirəyə yüksəlib. 

Mikroavtobus tarifləri artımla məsafədən asılı olaraq 12 TL ilə 15 TL arasında dəyişəcək. Tələbə ödənişi 8 TL olaraq təyin edilib.